Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş konfrans keçirilib

02.02.2023

31 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev ili” elan  etməsi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ümummili lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və milli mənəvi dəyərlərimizin inkişafında rolu” adlı konfrans keçirilib.            

Konfransdan əvvəl  Ümummili lider  Heydər Əliyevin  heykəli qarşısına  gül dəstələri qoyulub, Mədəniyyət Mərkəzində Heydər Əliyevin müxtəlif dövrlərdə Şabran rayonunda olmasını özündə əks etdirən fotolardan və kitablardan ibarət sərgiyə baxış keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənilib.

Konfransda çıxış edənlər “Ümummilli lider Heydər Əliyevin Azərbaycanın  dövlətçilik  tarixində rolu”,  “Elm, təhsil və mədəniyyətimizin inkişafında Heydər Əliyevin rolu”, “Heydər Əliyev  və Azərbaycan televiziyası”, Heydər Əliyev Mərkəzinin  direktoru Təvəkkül Əliyevin “Heydər Əliyevin  mədəni  irsimizin inkişafındakı rolu”, “Heydər Əliyev və mətbuatımız”, “Heydər Əliyevin  Ədəbiyyatımızın inkişafında rolu”  adlı məruzələri, “Əbədilik qazananlar” adlı  şeiri səsləndirib.