Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində ”Gələcək bizimdir” adlı konfrans keçirilib

02.02.2023

Konfrans Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü,  Xaçmaz Tarix Diyarşünaslıq muzeyi və Xaçmaz rayon İdman və Gənclər İdarəsinin birgə təşkilatçılığı ilə keçirildi.

Tədbirdə rayonun və respublikanın ictimai həyatında fəal iştirak edən, müxtəlif sahələri əhatə edən gənclər, şəhid anaları, 44 günlük müharibənin iştirakçıları, Xaçmaz Gənclər Karyera mərkəzinin üzvləri, Şuşada keçirilən ekoloji aksiyanın iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak etdilər. Ulu öndər Heydər Əliyevin fəaliyyətində gənclər siyasəti, onun sərəncamı ilə  Azərbaycan Gənclər və İdman nazirliyinin yaranması, 2 Fevral Azərbaycan gəncləri gününün təsis edilməsi,  habelə 44 günlük müharibədə gənclərin qəhrəmanlıq səlnaməsi , ölkədə həyata keçirilən gənclər proqramı haqqında  çıxışlar səsləndi, videoçarx nümayiş edildi. Tədbirin sonunda müharibə iştirakçıları və fəal gənclər fəxri fərmanlarla təltif olundu.