Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Şabranda “Hərənin öz ulduzu” komediyasını nümayiş etdirdi

16.10.2017

      16.10.2017-ci il tarixdə Şabran rayon Mədəniyyət Mərkəzində Dərbənd Azərbaycan Dövlət Dram Teatrı İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyasını nümayiş etdirdi.

      Tamaşanın quruluşçu  rejissoru Dağıstan Respublikasının əməkdar artisti,Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, rəssamı Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Naida Əlimətova,musiqi tərtibatçısı Dağıstan Respublikasının əməkdar artisti Sevda Bəybalayevadır. Teatrın direktoru Dağıstan Respublikasının əməkdar artisti Firdovsi Əsgərovdur. Tamaşada əsas rolları Dağıstan Respublikasının əməkdar artisti Məhərrəm Ömərov,Rəhilə Ömərova,Təhminə Ömərova,Kəmalə Rzayeva,Şükufə Məlikova,Hörmət Aslanov,Sərxan Səmədov,Mirzağa Cümcüm  ifa etmişdir. Mədəniyyət işçilərinin fəaliyyətindən,onların işindəki nöqsanlardan bəhs edən komediya  tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.