Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

21 Fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana dilimizi sevək və qoruyaq” adlı tədbir keçirilib.

21.02.2023

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana dilimizi sevək və qoruyaq” adlı tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları, fəal oxucular və valideynlər iştirak edirdi. Tədbirdə çıxış edənlər Ana Dili Günü ilə əlaqədar qısa məlumat verdi. Qeyd edildi ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Bildirildi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. Tədbirdə fəal oxucular Ana dilimizə həsr olunmuş şeirlərdən parçalar söylədilər. Sonda “Ana dili bizim milli sərvətimizdir” adlı sərgiyə baxış keçirildi.