Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Mərkəzi Kitabxanasında ”Heydər Əliyev-Dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib.

23.02.2023

Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği istiqamətində "Heydər Əliyev-Dahi şəxsiyyət" mövzusunda tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, gənclər,YAP Siyəzən rayon təşkilatının əməkdaşları, Gənclər və İdman İdarəsinin işçiləri İnteqrasiya təlimli internat tipli Gimnaziyanın müəllim və şagirdləri iştirak etdi.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra çıxış edənlər  dünya miqyaslı dövlət xadimi olan Ulu Öndərin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərindən bəhs etdilər.Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi misilsiz uğurlar, xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfər Ümummilli Lider Heydər Əliyev siyasətinin təntənəsi, Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının xalqımıza olan sonsuz sevgisinin təcəssümüdür. Çıxışdan sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən "Heydər Əliyev-Dahi şəxsiyyət" sənədli filmi izlənildi. Sonda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri nümayiş olundu.