Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaqani Poeziya Evində ”Dilimiz bizim milli sərvətimizdir” adlı tədbir keçirilib

23.02.2023

21 fevral 2023-cü il tarixində  Şabran rayon Mədəniyyət Mərkəzi və Xaqani Poeziya Evinin birgə təşkilatçılığı ilə "21 Fevral-Beynəlxalq Ana dili günü" ilə bağlı "Dilimiz bizim milli sərvətimizdir" adlı tədbir keçirilib. Tədbirdə yerli yazarlarla yanaşı Şabran rayon 4 və 5 saylı tam orta məktəbin şagird və müəllim kollektivi, mədəniyyət  müəssisələrinin   əməkdaşları da iştirak edib. Qısa metrajlı film nümayiş olunduqdan sonra şair Gülnar Zakirqızı,  “Şabran” xalq teatrının üzvü Nurlan Fərhadlı, məktəblilər Ana dilimiz haqqında şeir və mahnılar ifa ediblər. Sonda Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə Məmmədova tədbir iştirakçılarını təbrik edib  və dilimizin qorunması, təbliği yolunda keçirilən bu kimi səmərəli tədbirlərin əhəmiyyətindən söz açıb.