Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Heydər Əliyev Mərkəzində “Can Azərbaycan!” adlı rəsm sərgisi təşkil edilib

01.03.2023

27 fevral 2023-cü il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində gənc, istedadlı rəssam Səbinə Məmmədovanın “Can Azərbaycan!” adlı rəsm sərgisi keçirildi. Sərgidə qazilər, gənclər, mədəniyyət işçilər, Yap Siyəzən rayon təşkilatının əməkdaşları, yerli rəssamlar, məktəblilər iştirak edirdi.

Gənc rəssam Səbinə Məmmədova çəkdiyi rəsmlərdə vətənpərvərlik mövzusuna daha geniş yer vermişdir. Qonaqlar sərgi ilə tanış olduqdan sonra, həvəskar  rəssama uğurlar arzuladılar.