Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramına həsr olunmuş “Novruz gəldi, yaz gəldi” adlı tədbir keçirilib

15.03.2023

15.03.2023-cü il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz gəldi, yaz gəldi” adlı tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları, fəal oxucular, qonaqlar və valideynlər iştirak edirdi. İlk öncə torpaqlarımızın azadlığı, Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Saməddin Nəsirov açaraq iştirakçıları salamladı və Novruz bayramı münasibətilə təbrik etdi. Tədbirin gedişində Novruz bayramına həsr olunmuş şeirlər, mahnılar səsləndi, səhnəciklər nümayiş olundu, rəqslər ifa edildi. Novruz bayramına həsr olunmuş sərgi nümayiş etdirilib.