Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Mədəniyyət Mərkəzində 18 Oktyabr Dövlət Müstəqilliyi günü ilə əlaqədar “Müstəqilliyimizi qoruyaq!” adı altında dəyirmi masa keçirildi.

17.10.2017

      17 Oktyabr 2017-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində 18 Oktyabr Dövlət Müstəqilliyi günü ilə əlaqədar “Müstəqilliyimizi qoruyaq!” adı altında dəyirmi masa keçirildi. Tədbirdə Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Təhminə Bəxtiyarova və İcra Hakimiyyətinin məsul işçisi Xəqani Bəşirov, həmçinin rayon ümumtəhsil məktəblərinin müəllimləri, rayon ziyalıları və ictimaiyyəti iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbiri giriş sözü ilə Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova açaraq bildirdi ki, Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan Müstəqillik gününün 26 ilini qeyd edirik, bu münasibətlə tədbir iştirakçılarını təbrik etdi. Z.Dadaşova bildirdi ki, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı və gerbi haqqında da qanunlar qəbul edildiyi söyləndi. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova, Uşaq Yaradıcılığı Mərkəzinin direktoru Şəms İslamova, Uşaq İncəsənət məktəbinin direktoru Rəhim Bağırov, MKS-nin direktoru Şəfiqə Arzudovum çıxış etdilər. Onlar öz çıxışlarında bildirdilər ki, Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etmişdir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir”. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin  20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Azərbaycan suveren dövlət kimi  mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktı olduğu bildirildi. Tədbirdə 45 nəfər iştirak edirdi.