Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev ili” çərçivəsində ”Böyük Zəfərin başlanğıcı” adlı tədbir keçirilib

27.04.2023

Xaçmaz rayon İcra Hakimiyyəti və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü, Xaçmaz Tarix-Diyarşünaslıq muzeyi və Xaçmaz rayon Ş.Sədiyev adına Qımıl Qışlaq kənd tam orta məktəbinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyev və ordu quruculuğuna həsr edilmiş "Böyük Zəfərin başlanğıcı" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyev irsinin müxtəlif istiqamətləri, xüsusilə xalqımıza və dövlətimizə böyük Zəfəri yaşadan Azərbaycan ordusunun yaranmasında, qüdrətli bir ordu tək yetişməsində Ulu öndərin xidmətləri barədə danışıblar.

Tədbirdə Azərbaycan Vətən müharibəsi Veteranları İttifaqının Xaçmaz rayon Təşkilatının, Səfərbərlik və Hərbi xidmətə çağırış xidmətinin Xaçmaz rayon şöbəsinin əməkdaşları, müharibə veteranları, mədəniyyət işçiləri, məktəbin müəllim və şagird kollektivi də iştirak ediblər.

Tədbir məktəblilərin ifasında ədəbi bədii kompozisiya ilə davam edib.

Tədbirin sonunda görkəmli şəxsiyyət Heydər Əliyevi ordu quruculuğu sahəsində xidmətlərinə, Qımıl Qışlaq kəndinin Şəhidləri Pərvin Məmmədov və Sərxan Mirzəmmədovun əziz xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirilib.