05.05.2023
Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Xalça muzeyi filialının təşkilatçılığı ilə "5 May - Xalçaçı günü"nə həsr olunmuş "Azərbaycan xalçaları" adlı tədbir keçirilib.
Əlamətdar gün ilə bağlı muzeyin fondunda qorunan xalça məmulatlarının sərgisi təşkil olunub. Tədbirdə iştirak edən Mehman Babayev adına 1 saylı məktəbin şagirdləri sərgi ilə tanış olub. Muzeyin əməkdaşı Dilarə Rüstəmovanın təqdimatında şagirdlərə Azərbaycanda mövcud olan xalçaçılıq qrupları, ayrı ayrı bölgələrin xalça elementləri, toxunuş texnikaları, xalçaçılığın yaranma və keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat vermişdir. Eyni zamanda şagirdlərə Xaçmaz xalçaçılıq məktəbi, uzun illər fəaliyyət göstərən xalça sexi, peşəkar xalçaçılar haqqında məlumat verilib.