Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq artisti Məmmədsəfa Qasımovla görüş keçirilib

13.05.2023

13 may 2023-cü il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Şabran rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində Milli Teatrımızın 150-ci il dönümü münasibəti ilə Azərbaycan teatr və kino aktyoru,Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Məmmədsafa Qasımovla Şabran rayon Mədəniyyət Mərkəzində görüş keçirilib.Görüşdə şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri və gənclər iştirak edib.Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri qoyulub.

Görüş Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir Məmmədsafa Qasımovun baş rolda çəkildiyi "Dolu" filmindən bir fraqmentin izlənilməsi ilə başlayıb,onun həyat və fəaliyyəti barədə məlumat verilib.Sonra Xalq artisti səhnəyə dəvət edilərək,ona söz verilib. O keçdiyi həyat yolundan aktyorluq sənətinin çətinliklərindən,müasir gənclərin bu sənətə münasibətindən bəhs edib. Sonra Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Fərid Musayev,Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Aydın Tağıyev çıxış edərək qonağı salamlayıb, onun haqqında təəssüratlarını bölüşüblər. Şairə xanım Aybəniz Əlyar Xalq artistinə həsr etdiyi şeiri səsləndirib. Sənətkarın müxtəlif kinolarda canlandırdığı obrazlar haqqında söhbət açılıb, filmlərdən fraqmentlər izlənilib. Xalq artisti yaradıcılığı ilə bağlı çoxsaylı suallara cavab verib. Sənət haqqında öz fikirlərini bildirib