Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində ”Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı tədbir keçirilib

18.05.2023

17 may 2023-cü il tarixində Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində Heydər Əliyev ili çərçivəsində "18 May-Muzeylər günü"nə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan muzeyləri" adlı tədbir keçirilib. Tədbirdə Ulu öndər Heydər Əliyevin Azərbaycanda muzey şəbəkəsinin yaranmasında əvəzsiz rolu haqqında çıxışlar səslənib.Qeyd olunub ki, ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb.

 Tədbirin fəxri qonağı, Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin ilk direktoru Rüstəm Mahmudov Rəcəboviç muzeyin açılışında Heydər Əliyev ilə görüşü, xatirələri ilə bağlı  çıxış edib.

Tədbirdə "Heydər Əliyev və Azərbaycan muzeyləri" ,  Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin fəaliyyətini əks etdirən "Tarixin izi ilə", Xalça muzeyi və Döyüş Şöhrəti muzeyinin fəaliyyətinə həsr olunmuş "Muzeylər bir məbəddir" adlı videoçarxlar nümayiş olunub.

Tədbir,  muzey işində fəallığı ilə fərqlənən əməkdaşların fəxri fərmanla təltif edilməsi ilə davam edib.

Tədbirin bədii hissəsində məktəblilər ədəbi bədii kompozisiya ilə çıxış edib.

Sonda Xaçmaz Dövlət Rəsm Qalereyasının sərgisinə baxış keçirilib.