Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində “18 May - Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar tədbir keçirilib

16.05.2023

16 may 2023-cü il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzində “18 May - Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar "Hər muzey bir tarixdir; muzeylərin inkişafında Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayon Heydər Əliyev Mərkəzi və filiallarının əməkdaşları, muzey və kitabxana əməkdaşları və eyni zamanda ümumitəhsil müəssisələrinin müəllim və şagird kollektivləri iştirak edib.

Tədbirdə çıxış edənlər "18 May Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar muzey əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib, muzeylərin yaranma tarixindən geniş və ətraflı danışaraq bildiriblər ki, ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Bayram tədbiri məktəblillərin çıxışları ilə davam edib.