Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Tarix-Diyarşünaslıq muzeyində Beynəlxalq Muzeylər Günü qeyd edilib

17.05.2023

17 may 2023-cü il tarixində Quba Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev ili” çərçivəsində 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “ Ümummilli Lider Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayon üzrə nümayəndəsi F.Orucov, Quba RİH-in nümayəndəsi A.Nəbiyev, YAP Quba rayon təşkilatının nümayəndəsi Ə.Baloğlanov, Şəhid Ailələri və Qazilərə “Qayğı” cəmiyyətinin sədri Zaur Oğuz, Quba rayon Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov, ADPU-nin Quba rayon filialının müəllim və tələbələri iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən sonra, Ümumilli Lider və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirələri 1 dəqiqəlik sükutla yad edildi. “Ulu Öndər Heydər Əliyev 1983-cü ildə Quba Tarix-Diyarşünaslıq Muzeyində” adlı video-çarx nümayiş olundu. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin muzeylərə göstərdiyi qayğıdan, 1983-cü ildə Quba rayonuna səfəri zamanı muzeyə ziyarət etməsindən, muzeylərin inkşafından danışıblar.

Tələbələr Ulu Öndərə həsr olunmuş şeirlər və kompozisiya ilə çıxış etdilər. Sonda tədbir iştirakçıları muzeydə təşkil olunmuş sərgi və ekspozisiyalarla tanış olublar.