Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ”Nə? Harada? Nə zaman?” formatlı intellektual yarış keçirilib

19.05.2023

19 may 2023-cü il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyinin və Siyəzən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənclər arasında "Nə? Harada? Nə zaman?" intellektual yarış keçirilib. İntellektual yarış Ümummili lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, gənclərin dünyagörüşünün və intellektual səviyyəsinin artırılması, intellektual oyunların keçirilməsində yeni üsulların tətbiq edilməsi, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.

5 komandanın iştirak etdiyi yarışda qalib "Dejavü" komandası olub.