Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Adət” tamaşası Siyəzən rayonunda nümayiş etdirilib.

25.05.2023

Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verilib.

Qastrol səfərləri çərçivəsində Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi tərəfindən 25 may 2023-cü il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində Turqut Özakmanın “Adət” tamaşası nümayiş etdirilib.

Tamaşanı izləyənlər arasında Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Ramil Rəhimov da olub.