Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində ”28 May - Müstəqillik Günü” qeyd edilib.

25.05.2023

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində "28 May- Müstəqillik Günü" nə həsr olunmuş “Müstəqqilliyimiz əbədidir” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin regionlara səfərlərini özündə əks etdirən fotostendlərlə tanış olublar.

Daha sonra tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrdən biridir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə xalqımızın tarixi taleyində mühüm rol oynayıb.

Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək tarixi zəfərə yol açıb.

Tədbirdə müstəqillik günü ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbir konsert proqramı ilə davam edib.