Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar şəhər Uşaq İncəsənət Məktəbində “Müstəqillik Günü” qeyd edilib 27.05.2023-cü il tarixində Qusar şəhər Uşaq İncəsənət Məktəbində “28 May - Müstəqillik Günü” münasibətilə konsert keçirilib.

30.05.2023

28 May - Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi hadisə kimi daxil oldu. Bu məqsədlə 27.05.2023 tarixində Qusar şəhər Uşaq İncəsənət Məktəbində “28 May - Müstəqillik Günü”nə həsr olunmüş tədbir keçirilib. Tədbirdə Xalq Çalğı Alətləri şöbəsinin şagird və müəllim kollektivi Konsert proqramı ilə çıxış edib. İstedadı ilə fərqlənən şagirdlərə Diplomlar və Tərifnamələr təqdim edilib.