12.06.2023
12.06.2023-cü il tarixində Qusar şəhər Mədəniyyət və İstirahət parkında Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi və Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Oxu Bayramı” keçirilib.
“Oxu Bayramı”nda Qusar rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndələri,kitabxanaçılar mədəniyyət, təhsil işçiləri, gənclər, ziyalılar,tələbələr, Qusarlı şair və yazıçılar, rayon ictimaiyyəti və rayonda istirahətdə olan turistlər daxil olmaqla 1500 nəfərdən artıq adam iştirak etmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd mütaliə vərdişlərinin ailədə qazanılmasına diqqətin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrində müstəsna rolunun geniş təbliq olunması ilə yanaşı dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin kitablara sığmayan möhtəşəm həyat yoluna və siyasi fəaliyyətinə geniş miqyaslı və fərqli baxışı iştirakçılara bir daha təqdim etmək olub.
İlk öncə tədbir iştirakçılar Ümumilli lider Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri düzüb, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Geniş, əhatəli və xüsusi zövqlə tərtibat işləri aparılmış sərin və rahat parkda keçirilən tədbirdə 155 adda 1850-dən artıq müxtəlif mövzularda və dillərdə nəşr olunmuş kitablar, kitabxanaya yeni daxil olmuş nəşrlər sərgilərdə nümayiş olundu. Sərgilərdə “Heydər Əliyev-100”, “2023-cu il Heydər Əliyev ilidir”, “Müstəqilliyimiz əbədidir”, “Qusarlı yazıçılar”, “Azərbaycan yurdum mənim” ,”Zərifə Əliyeva-100”, “Dünya Ədəbiyyatı”, “Xariçi dillərdə ədəbiyyat”, “Yeni Kitablar”, “Çox oxunan kitablar”, “Ləzgi dilində ədəbiyyat”, “Unudulmuş kitablar”, “Zəfər tarixini yazanlar”, “Qarabaq Azərbaycandır” və s. başlıqlı çoxsaylı sərgilər nümayiş olundu. Tədbir zamanı kitab sərgiləri ilə yanaşı kitabxana filiallarında və klub müəssisələrində fəaliyyət göstərən yaradıcılıq dərnəkləri üzvləri tərəfindən müxtəlif mövzularda təşkil olunmuş rəsm, tətbiqi sənət əl işlərindən ibarət sərgilər nümayiş etdirildi.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat yolunun bütün Azərbaycan xalqı üçün çox zəngin tarixi ensiklopediya olduğunu, möhtərəm Prezident İlham Əliyevin uzaq görən və müdrik siyasəti nətiçəsində ölkəmizin möhtəşən qələbələrə imza atdığını, xalqın Ali Baş Komandana olan hədsiz inamını və sevgisini qeyd etməklə yanaşı, oxucuların mütaliəsi işinin təşkili, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi yolunda görülən tədbirlərdən danışıblar. Gənclərin və azyaşlı oxucuların mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün, bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını və mütaliə vərdişlərinin ailədə qazanılmalı olduğunu qeyd ediblər.
Tədbirdə fəal kitabxana işçilərinə və oxuculara fəxri fərmanlar təqdim edilmişdir.
Tədbir kitabxanaçıların, mədəniyyət işçilərinin, Qusar şəhər Uşaq İncəsənət məktəbinin və fəal oxucuların iştirakı ilə ədəbii-bədii kompozisiya ilə davam etmişdir.