Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Mədəniyyət Mərkəzində “Milli Qurtuluş Günü - Azərbaycan taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib

13.06.2023

13 iyun 2023-cü il tarixində Siyəzən rayon İcra Hakimiyyəti və Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi, Siyəzən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar “Milli Qurtuluş Günü - Azərbaycan taleyini dəyişən zəfər tarixi” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədri, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayonu üzrə nümayəndəsi, Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru, mədəniyyət işçiləri, rayonun idarə və müəssisələrindən əməkdaşlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.Tədbirin sonunda mövzuya uyğun sənədli film nümayiş olunub.