Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilib

16.06.2023

18 may-18 iyun "İnsan Hüquqları Aylığı" çərçivəsində Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində göstərilən dövr ərzində bir sıra tədbirlər təşkil edilib. Belə ki, 7 iyun 2023-cü il tarixində Quba Tarix-Diyarşünaslıq Muzeyində 18 may -18 iyun tarixləri ərzində elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan Hüquqlarının Müdafiəsi”, 8 iyun 2023-cü il tarixində Şabran Tarix Diyarşunaslıq Muzeyində 18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları günü ilə əlaqədar "İnsan Hüquqlari və Azadlığı", 9 iyun 2023-cü il tarixində Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxu zalında “İnsan hüquqları aylığı” çərçivəsində “Azərbaycanda insan hüquqlarını təmin edilməsi dövlətin ali məqsədidir”, 13 iyun 2023-cü il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzi, Siyəzən rayon Mərkəzi Kitabxanası, Siyəzən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan və vətəndaş hüquqları”, 13 iyun 2023-cü il tarixində Qusar rayon Tarix-Diyarşünaslıq muzeyinin akt zalında “Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlər”, 13 iyun 2023-cü il tarixində Xaçmaz Tarix-Diyarşünaslıq muzeyi, Xaçmaz Peşə Liseyinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin Şimal Regional mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” və “18 may–18 iyun İnsan hüquqları aylığı” çərçivəsində “Ümummilli lider Heydər Əliyev Azərbaycanda insan hüquqları konsepsiyasının banisidir” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Keçirilən tədbirlərdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin Şimal Regional mərkəzinin əməkdaşları, gənclər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxışlarda bildirilib ki, Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək, insan hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu tarixin təsis olunub, hər il xüsusi diqqətlə qeyd olunması müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürü kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

Tədbir iştirakçılarına insan hüquqları anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, tarixi inkişaf dinamikası, müxtəlif meyarlar üzrə təsnifatı, insan hüquq və azadlıqlarının kataloqu barədə məlumatlar verilib.

Diqqətə çatdırılıb ki, aylıq çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.