Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xudat şəhərində 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar möhtəşəm bayram konserti keçirilib

14.06.2023

Xaçmaz rayonunda 15 İyun – Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunub. Xaçmaz Rayon İcra Hakimiyyəti, Xaçmaz Regional Mədəniyyət İdarəsi və ARB Media Qrupun birgə təşkilatçılığı ilə Xudat şəhərində əsaslı şəkildə yenilənən Nizami Gəncəvi adına parkda geniş konsret prorqamı təşkil olunub.

Bayram tədbirində respublikanın tanınmış incəsənət ustaları bir-birindən maraqlı ifalarla çıxış ediblər. Musiqili proqram iştirakçılarda xoş ovqat yaradıb.

Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.