Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Heydər Əliyev Mərkəzində “15 İyun – Milli Qurtuluş Günü” qeyd edilib

13.06.2023

13.06.2023-cü il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş “Zəfərə gedən yol” adlı dəyirmi masa keçirilib.

Tədbirdə rayon mədəniyyət müəssisələrinin əməkdaşları, Gənclər İnkişaf Karyera Mərkəzinin könülləri, Qadın Resurs Mərkəzinin nümayəndələri və yerli mədəniyyət işçiləri iştirak ediblər.

Öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar ilk öncə Mərkəzdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisinə baxış keçirib.

Çıxış edənlər dövlət müstəqilliyimizin qorunub saxlanmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu vurğulayıb.

Çıxışlardan sonra “Gənc Heydərçilər” Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş edilib.