Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Heydər Əliyev Mərkəzində “15 İyun-Milli Qurtuluş Günü” qeyd edilib.

13.06.2023

13 iyun 2023-cü il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Şabran rayon Təşkilatının və Şabran rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılğı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar “Zamanı, xalqının xilaskarlığına yönəldən dahi .....!” adlı elmi praktiki konfrans keçirilib.

Tədbirdə Şabran rayon İcra hakimiyyətinin başçısı Asif Hüseynov, Yeni Azərbaycan Partiyası Şabran rayon Təşkilatının sədri Mehdi Balabəyov,Şabran rayon İcra Hakimiyyətinin əməkdaşları, Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi,YAP veteranlar şurasının üzvü, professor Şahlar Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyasının siyasi elmlər üzrə fəlsəfə doktoru,YAP Fəlsəfə və Sosiologiya İnstitutu təşkilatının sədri Sənan Həsənov, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov, eləcə də idarə, təşkilat və mədəniyyət işçiləri iştirak edib.

İştirakçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Müstəqil Azərbaycan və ürəklərdə əbədiləşən şəxsiyyət “adlı əl işlərindən və rəsmlərdən ibarət sərgiyə baxış keçrib.

Daha sonra tədbir açıq elan edilib və Dövlət Himni səsləndirildikdən sonra, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli dövlət xadimi,dünya miqyaslı siyasətçi, ümumilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərinin, intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladığı, müstəqilliyimizin məhz Ulu Öndər Heydər Əiyevin sayəsində əbədi və dönməz xarakter aldığı və ölkəmizin dünyada layiq olduğu mərtəbəyə dahi şəxsiyyətin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəkliyə doğru irəlilədiyi vurğulanıb.

Daha sonra tədbir Musiqi nömrələri və şeirlərlə davam etdirilib. Sonda xatirə fotoşəkli çəkdirilib.