Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirilib.

14.06.2023

14.06.2023-cü il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba Tarix-Diyarşünaslıq Muzeyində, Quba Tarix-Diyarşünaslıq Muzeyi və Quba rayon MKS-nin mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzinin rəhbəri, muzey və kitabxana əməkdaşları iştirak edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkklinin (Ombudsmanın) Şimal Regional Mərkəzinin rəhbəri, muzeyin direktoru və Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri çıxış edərək qeyd ediblər ki, bu gün bütün Azərbaycan xalqı dövlətçilik salnaməmizin ən uca zirvəsində dayanan tarixi hadisəni - Milli Qurtuluş Gününü böyük sevinclə qeyd edir. Milli Qurtuluşdan başlanan yolun zirvəsində tarixi Zəfərimiz dayanıb. Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.