Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Xalça muzeyində “15 İyun-Milli Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirilib

12.06.2023

12.06.2023-cü il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Döyüş Şöhrəti və Xalça muzeyi filiallarının birgə təşkilatçılığı ilə, Heydər Əliyev ili çərçivəsində “15 iyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş “Xalqın və dövlətin qurtuluşu" adlı tədbir keçirilib.

Tədbirdə "15 İyun-Milli Qurtuluş günü"nün Azərbaycan dövlətçiliyinin xilası, ölkənin xaosdan, parçalanma təhlükəsindən qurtardığı, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu bir gün kimi tarixi əhəmiyyəti haqqında çıxışlar səsləndi. Qeyd edildi ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının təcəssümü olan bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirən yeni, müstəqil bir dövrün başlanğıcı kimi əlamətdardır.

Tədbir Xaçmaz şəhər Mehman Babayev adına 1 nömrəli məktəbin şagirdlərinin ifasında ədəbi bədii kompozisiya ilə davam edib.

Sonda “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.