Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib

13.07.2023

13.07.2023-cü il tarixində Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində Xaçmaz Rayon İcra Hakimiyyəti və Xaçmaz Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı tariximizin şanlı səhifəsi olan "14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün" mövzusunda tədbir keçirilib. İlk öncə dövlət himni səsləndirilib. Daha sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masa ətrafında əyləşən rayon ziyalıları,ağsaqqallar şurasının nümayəndələri,şəhid ailələri,qazilər, şairlər və mədəniyyət işçiləri öz çıxışlarında ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən bəhs ediblər. Tədbirdə Ümummilli liderə həsr olunan şeirlər səsləndirilib, videoçarx nümayiş olunub.