Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

27 iyul 2023-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsində tətbiqi-dekorativ sənət, rəssamlıq nominasiyalarında uğur qazanmış Siyəzən rayonundan olan istedadlı uşaqların əl işlərindən ibarət ”Bacarıqlı əllər” adlı sərgi keçirilib. Sərgidə Siyəzən rayon Mədəniyyət Mərkəzinin, Siyəzən rayon Mərkəzi Kitabxananın rəhbərləri, Siyəzən Gənclər evinin əməkdaşları, Siyəzən rayon Gənclər İdman İdarəsinin əməkdaşları, GİKM-in Siyəzən nümayəndəliyinin əməkdaşları, yerli rəssamlar, idarə və müəssisələrdən, gənclər, məktəblilər, müsabiqə iştirakçılarının valideynləri, yaxınları iştirak edib. Sərgidə müsabiqənin bədii qiraət və rəqs üzrə iştirakçıları da iştirak edib.

27.07.2023

27 iyul 2023-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsində tətbiqi-dekorativ sənət, rəssamlıq nominasiyalarında uğur qazanmış Siyəzən rayonundan olan istedadlı uşaqların əl işlərindən ibarət ”Bacarıqlı əllər” adlı sərgi keçirilib.

Sərgidə Siyəzən rayon Mədəniyyət Mərkəzinin, Siyəzən rayon Mərkəzi Kitabxananın rəhbərləri, Siyəzən Gənclər evinin əməkdaşları, Siyəzən rayon Gənclər İdman İdarəsinin əməkdaşları, GİKM-in Siyəzən nümayəndəliyinin əməkdaşları, yerli rəssamlar, idarə və müəssisələrdən, gənclər, məktəblilər, müsabiqə iştirakçılarının valideynləri, yaxınları iştirak edib.

Sərgidə müsabiqənin bədii qiraət və rəqs üzrə iştirakçıları da iştirak edib.