Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Festivalının birinci mərhələsində uğur qazanmış şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub

27.07.2023

27.07.2023-cü il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Festivalının birinci mərhələsində tətbiqi-dekorativ sənət və rəssamlıq nominasiyalarında uğur qazanmış şagirdlərin əsərlərindən ibarət rəsm sərgisi təşkil olunub. Sərgidə Qusar rayon Mərəzi Kitabxanasının əməkdaşları və UİF-nin birinci turundan keçmiş şagirdlər və fəal gənclər iştirak ediblər. Mərkəzin əməkdaşı Lamiyə Abdullayeva 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar təşkil olunmuş Uşaq İncəsənət Festivalının mahiyyətindən danışaraq birinci turda uğur qazanmış şagirdləri və onların əsərlərini sərgi iştirakçılarına təqdim edib.