Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Festivalının birinci mərhələsində uğur qazanmış şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub

31.07.2023

Şabran rayon Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Festivalının birinci mərhələsində tətbiqi-dekorativ sənət və rəssamlıq nominasiyalarında uğur qazanmış şagirdlərin əsərlərindən ibarət rəsm sərgisi təşkil olunub. Sərgidə Şabran rayon Heydər Əliyev Mərkəzi, Şabran rayon Mədəniyyət Mərkəzinin,UGİM-in əməkdaşları və UİF-nin birinci turundan keçmiş şagirdlər onların valideynləri və digər qonaqlar iştirak ediblər. Mərkəzin direktoru Təvəkgül Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar təşkil olunmuş Uşaq İncəsənət Festivalının mahiyyəti haqqında danıb.Daha sonra müsabiqənin birinci mərhələsində uğur qazanmış şagirdlərin əsərləri sərgi iştirakçılarına təqdim edilib.