Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Heydər Əliyev Mərkəzində “İstedadlarımızı sizdə tanıyın” adlı sərgi təşkil edilib.

01.08.2023

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsində rəssamlıq nominasiyası üzrə uğur qazanmış Quba rayonundan olan istedadlı uşaqların rəsmlərindən ibarət “İstedadlarımızı sizdə tanıyın” adlı sərgi keçirilib. Sərgidə Quba rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin, Quba Destinasiya Menecmenti Təşkilatının, Quba Asan Xidmət Mərkəzinin əməkdaşları, könüllüləri, gənclər, məktəblilər, müsabiqə iştirakçılarının valideynləri , yaxınları iştirak edib. Mərkəzin kiçik elmi işçisi Şövqiyyə Seyidzadə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə təşkil olunmuş Uşaq İncəsənət Festivalının mahiyyətindən danışaraq qeyd edib ki, bu gün Azərbaycanda istedadlı uşaqlar çoxdur. Festivalın keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət ənənələrimizə bağlı tərbiyə olunmasıdır. Daha sonra uğur qazanmış şagirdləri tədbir iştirakçıları ilə tanış edərək onların əsərləri sərgi iştirakçılarına təqdim edilib.