Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Heydər Əliyev Mərkəzində Xaçmaz gənclərindən ibarət FAT’s rok qrupunun konsert proqramı keçirilib.

21.08.2023

21 avqust 2023-cü il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzində Xaçmaz gənclərindən ibarət FAT's rok qrupunun konsert proqramı keçirilib. Konsert proqramı Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin Xaçmaz bölməsinin təşkilati dəstəyi ilə keçirilib.

Xaçmaz gənclərindən ibarət FAT's rok qrupunun ifasında bir çox məşhur mahnını: "Hit the road Jack!", "Careless whisper", "Beggin", "Gəl ey səhər", "Это любовь", "Прекрасное далеко" və s. dinlədik, əyləndik və enerjimizi yenilədik.

Zərb alətlərində ifası ilə konsertimizə özünəməxsus rəng qatan qonağımız Tahir Yahyayevə xüsusi təşəkkürümüzü bildiririk!