Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən Rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Sülh gününə həsr olunmuş “Sülh naminə həmrəy olaq” mövzusunda maarifləndirici görüş keçirilib.

29.08.2023

29 avqust 2023-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Siyəzən Rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Sülh gününə həsr olunmuş “Sülh naminə həmrəy olaq” mövzusunda maarifləndirici görüş keçirilib.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Siyəzən rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, rayon ümumtəhsil məktəblərindən müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər əlamətdar günün tarixi və əhəmiyyəti barədə, insan hüquqlarından ən önəmlisinin təhlükəsiz yaşamaq hüququ olduğu, bu hüququn isə yalnız sülh və dinc yanaşı yaşamaq şəraitində mümkünlüyü vurğulanıb.

Görüş dəyirmi masa ətrafında müzakirə formasında davam edib.