Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 30.08.2023-cü il tarixində Quba Tarix-Diyarşünaslıq Muzeyində Uşaq hekayələrinin müəllifi Fidan Nizaməddin qızının uşaqlarla görüşü baş tutub.

30.08.2023

Vətən sevgisi , valideynə, böyüklərə hörmət, qəhrəmanlarımızın şücaəti və tanıdılması sahəsində azyaşlılarla keçirilən silsilə tədbirlər çərçivəsində , Uşaq hekayələrinin müəllifi , Filologiya üzrə fəlsəfə doktoru , Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fidan Nizaməddin qızı tədbirə dəvət olunub.

Fidan xanımı böyük sevinc və coşqu ilə qarşılıyan uşaqlar dialoq zamanı kiçik qəlblərindəki böyük arzularını onunla bölüşüblər.

Tədbirin sonunda Fidan xanım uşaqlara müəllifi olduğu, şəhid övladı Yaşara həsr etdiyi hekayənin nüsxələrini hədiyyə edib.