Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzi Kitabxanasının qarşısında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Açıq Kitabxana” layihəsinə start verilib.

07.09.2023

Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 07.09.2023-cü il tarixində Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının qarşısında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Açıq Kitabxana” layihəsinə start verilib.

Tədbirin keçirilməsində məqsəd mütaliəyə marağın artması, kitabxana- oxucu əlaqələrinin genişlənməsi, mütaliənin sevdirilməsi və oxucularda mütaliə mədəniyyətinin formalaşdırılmasıdır. Mərkəzi kitabxananın nəzdində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan “Açıq Kitabxana-sərbəst mütaliə məkanı” yaradılıb.

Ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitablar sərgi iştirakçılarının daha çox marağına səbəb olub.

"Açıq Kitabxana" layihəsi 07 sentyabr tarixindən 14 sentyabr 2023-cü il tarixinədək Mərkəzi kitabxana ilə yanaşı MKS-nin şəhər, qəsəbə və kənd kitabaxana filiallarında da davam edəcək.