Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 sentyabr Milli Musiqi gününə həsr olunmuş tədbir keçirilib.

15.09.2023

Tədbirdə Ulu öndər Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında xidmətləri haqqında çıxışlar səslənib, videoçarxlar nümayiş olunub. Qeyd olunub ki, Ulu öndərin musiqi, eyni zamanda mədəniyyətin bütün sahələrinə göstərdiyi qayğı nəticəsində Azərbaycan mədəniyyəti özünün intibah dövrünü yaşayıb.

Dünyanın ən böyük səhnələrdə Azərbaycan bəstəkarlarının opera və baletləri oynanılıb, ədiblərimizin ən məşhur əsərlər səhnələşdirilib. Xalqımızın əvəzolunmaz milli sərvəti olan muğamı bütün dünya tanıyıb. Azərbaycan bəstəkarlarının yaratdığı əsrarəngiz əsərlər klassik musiqinin dünya şöhrətli qızıl fondunun tərkib hissəsinə çevrilib. Tanınmış sənətkarlar və klassiklərin ev muzeyləri yaradılıb, xatirəsi əbədiləşdirilərək abidələri ucaldılıb, yubileyləri keçirilib.

Qeyd olunub ki, Ulu öndərin əsasını qoyduğu maddi mənəvi irs Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın tərəfindən layiqincə qorunur, tanıdılır və inkişaf etdirilir. Bu sahədə görülən məqsədyönlü işlər sayəsində Azərbaycan muğamı, aşıq sənəti, tar və onun ifaçılıq sənəti, kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti və s. Yuneskonun qeyri maddi mənəvi irs siyahısına daxil edilib.

Tədbirdə Azərbaycan muğamı, eyni zamanda Xaçmaz Uşaq Musiqi məktəbinin şagirdlərinin Uşaq İncəsənət festivalında uğurlu çıxışlarına həsr olunmuş videoçarxlar da nümayiş olunub.

Tədbir Xaçmaz Uşaq Musiqi məktəbinin festivalda uğurla çıxış etmiş şagirdlərinin konsert proqramı ilə davam edib.

Xalça muzeyi filialının əməkdaşı Dilarə Rüstəmovanın təqdimatında " Oxu tar" kompazisiyası təqdim olunub.

Gənc müğənni Fərhad Mərdin yeni mahnısı və klipi təqdim olunub.

Tədbirdə mədəniyyət işçiləri, muzeyin dərnək üzvləri , Xaçmaz Uşaq Musiqi məktəbinin şagird və müəllimləri iştirak ediblər