Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar Rayon Heydər Əliyev Mərkəzi ”Ümummilli lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirib.

19.09.2023

19.09.2023-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Qusar Rayon Icra Hakimiyyətinin, birgə təşkilatçılığı ilə Qusar Rayon Heydər Əliyev Mərkəzi "Ümummilli lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" adlı tədbir keçirib.

Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid anaları, yaxınları və müharibə qaziləri iştirak ediblər. Tədbir öncəsi Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Daha sonra tədbir iştirakçıları Mərkəzin foyesində rayon Mədəniyyət Mərkəzi filiallarının dərnək üzvlərinin əl işlərindən ibarət "Milli-mənəvi dəyərlərimiz" adlı sərgi ilə tanış olublar.

Tədbirə başlamazdan əvvəl vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlərindən danışılıb. Sonda "Vətənpərvərlik-milli-mənəvi dəyərlər kimi" adlı videoçarx nümayiş olunub.