26.09.2023
26.09.2023-cü il tarixində Quba - Xaçmaz Regional Mədəniyyət Idarəsinin və Quba -Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xaçmaz Tarix-diyarşünaslıq Muzeyi 27 sentyabr Anım gününə həsr olunmuş "Zəfərə gedən yol" adlı tədbir keçirib.
Tədbirdə müharibə veteranları, şəhid ailələri, mədəniyyət işçiləri, Xaçmaz Peşə Liseyinin tələbələri , gənclər iştirak edib.
Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkəsinin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi çıxışının video görüntüsünün nümayişi ilə başlanıb. Daha sonra böyük Zəfərə gedən çətin və şərəfli yol, ali baş komandanın rəhbərliyi ilə müzəffər ordumuzun şanlı qələbəsi, Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı çıxışlar səslənib.
Vətən uğrunda həlak olmuş Şəhidlərin xatirəsi böyük ehtiramla yad edilib. 44 günlük Vətən müharibəsində və 19 sentyabr antiterror əməliyyatları zamanı həlak olmuş Şəhidlərə həsr olunmuş videoçarxlar nümayiş olunub.