26.09.2023
26 sentyabr 2023-cü il tarixində Quba – Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba – Xaçmaz Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Quba Heydər Əliyev Mərkəzi 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Zəfərə gedən yolda tarix yazanlar” mövzusunda tədbir keçirib.
Tədbirdə Quba Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba–Xaçmaz Regional nümayəndəliyinin, Quba Asan Xidmət Mərkəzinin könüllüləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda edən Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər II Qarabağ Müharibəsinin ölkəmizin parlaq qələbəsi ilə başa çatmasının və ordumuzun Zəfər uğrunda mübarizəsinin Azərbaycan üçün əvəzedilməz hadisə olduğunu vurğulamışlar. Qeyd olunub ki, Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsindən az sonra ölkəmizdə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramının bariz nümünəsidir. Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaqdır.
Sonda Anın Gününə həsr olunmuş film nümayiş olunub.