Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlər and yerimiz, qürur mənbəyimizdir” adlı tədbir keçirilib

26.09.2023

26 sentyabr 2023-cü il tarixində Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şabran Heydər Əliyev Mərkəzində “27 sentyabr – Anım günü”nə həsr olunmuş “Şəhidlər and yerimiz, qürur mənbəyimizdir” mövzusunda dəyirmi masa təşkil edilib.

Vətən Müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə keçirilən tədbirdə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Çıxış edənlər 44 günlük Vətən Müharibəsində ordumuzun düşmən üzərində qələbə qazanması, torpaqlarımızın işğaldan azad olunması, soydaşlarımızın 30 illik Vətən həsrətinə son qoyularaq doğma yurdlarına qayıdışı, Qarabağ bölgəsində gedən quruculuq işləri barədə geniş məlumat veriblər.

Qeyd etmişlər ki, bizə qələbə sevincini yaşadıb, bu yolda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim yad ediləcək və xalqımızın yaddaşında əbədi olaraq qalacaqdır.