Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bir millətin üzərində yaşadığı torpağa Vətən deyilir” adlı tədbir keçirilib.

26.09.2023

26 sentyabr 2023-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Xudat şəhər Musiqi məktəbi 27 sentyabr Anım gününə həsr olunmuş “Bir millətin üzərində yaşadığı torpağa Vətən deyilir” mövzusunda tədbir keçirib.

Xorda-Azərbaycan himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Xudat musiqi məktəbinin şagirdləri Şəhidlər haqqında şeirlər sesləndiriblər.Qeyd etmişlər ki, bizə qələbə sevincini yaşadıb, bu yolda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim yad ediləcək və xalqımızın yaddaşında əbədi olaraq qalacaqdır.