Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq artisti Əjdər Həmidovun 70 illik yubleyinə həsr olunmuş xatirə gecəsi keçirilib

02.10.2023

Şabran rayon Mədəniyyət Mərkəzində Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Əjdər Həmidovun 70 illik yubleyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə kino və teatr aktyorları, yazarlar, mədəniyyət işçiləir və ictimaiyyət nümayəndələri iştirak edib. İlk öncə Tədbirin aparıcısı Ceyhun Şüküroğlu Əjdər Həmidovun həyat və yaradıcılığı haqqında məlumat verib.

Sonra Xalq artistinin sənət dostları, teatr və kino aktyoru Xalq artisti Məmmədsəfa Qasımov, teatr və kino aktrisası, əməkdar artist Mehriban Xanlarova, aktyor Əjdər Zeynalov, Azərbaycan Yazıçılar Birliyinin üzvi, Yazıçılar Birliyinin Şabran bölməsinin sədri, yazıçı publisist Aydın Tağıyev öz xatirələrini bölüşüb, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub. Aktyorun ailə üzvlərindən qardaşı Ənvər Həmidov da çıxış edərək qardaşı haqqında xatirələrini danışıb.

Tədbirdən sonra Əjdər Həmidovun məzarı ziyarət olunub.