Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Region yazarları ilə görüş keçirilib

25.10.2023

24 oktyabr 2023-cü il tarixində Xaçmaz Tarix-diyarşünaslıq muzeyində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə region yazarları ilə görüş keçirilib. Görüşdə idarə rəisi Ramil Rəhimov, idarənin əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Həmzəyev (Qusarçaylı), Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən ədəbi məclislərin üzvləri iştirak edib. “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən görüşdə çıxış edən idarə rəisi Ramil Rəhimov ölkəmizdə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsindən danışıb, əsərlərin yüksək əhval-ruhiyyədə, vətənpərvərlik ruhunda yazılmasının vacibliyini vurğulayıb.

Görüşdə iştirak edən bütün yazarlar öz yaradıcılıqları haqqında geniş məlumat verib, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən, onun ədəbiyyat xadimlərinə daim diqqətlə yanaşmasından, ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən bu siyasətin bugün də uğurla davam etdirilməsindən danışıblar.

Sonda belə görüşlərin gələcəkdə daha geniş tərkibdə təşkil edilməsi təklif edilib.