Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri Xaçmaz rayonunda konsert proqramı ilə çıxış edib

02.11.2023

2 noyabr 2023-cü il tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri Xaçmaz rayonunda konsert proqramı ilə çıxış edib. Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində təşkil edilən konsert proqramında vətənpərvərlik və qəhrəmanlıq mövzusunda musiqi əsərləri ifa edilib.

Tədbirdə qazilər, müharibə iştirakçıları, mədəniyyət işçilər və ictimaiyyət nümayəndələri iştirak edib. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.