Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi region üzrə Mədəniyyət sahəsi üzrə marketinq fəaliyyətinin inkişafı məqsədilə müsabiqə elan edir

13.11.2023

          Müsabiqənin məqsədi:

       Müsabiqədə mədəniyyət sahəsi üzrə qabaqcıl iş metodlarının tətbiqi, incəsənət və yaradıcı sənaye üzrə innovativ layihələr,təkliflərin hazırlanması, habelə mədəniyyət marketinqinin (mədəni xidmətlərin reklamı) təşkili, milli mədəni irsimizin qorunması və inkişafı məqsədilə təkliflər nəzərdə tutulur.

                                                  Müsabiqənin şərtləri

1. Müsabiqədə mədəniyyət və incəsənətin bütün sahələri üzrə təkliflər verilə bilər:

- Sənətkarlıq sahəsi üzrə - Qədim və müasir sənət növlərinin öyrənilməsi, qarşılıqlı sənaye məhsulu kimi təqdimatı və bazarlarının müəyyənləşdirilməsi istiqamətində yaranan kreativ fikirlər,

- Musiqi sahəsi üzrə - “Musiqi sənətinin yaradıcı düşünənləri” adlı müsabiqələrin kreativ istiqamətləri,musiqi festivallarının əsas meyarları,

- Film, video və foto sənəti üzrə - qədim və milli mədəniyyəti,habelə müasir dünyaya inteqrasiya meyllərini əks etdirən animasiya resursları,fotomühəndis xidmətlərinin keyfiyyətli hazırlanması üzrə iş,xidmətlər,

- Dizayn,memarlıq və moda sənəti üzrə - qədim və milli arxitekturanı,dizaynı və geyim mədəniyyətini özündə əks etdirən kreativ  istiqamətlər,

- Oyunlar və yaradıcı texnologiyalar üzrə - bu sahə üzrə texniki məktəblərin yaradılması,kitabxana-kitab formatlı oyunların təşkili üzrə birliklərin yaradılması,

- Suvenirlərin istehsalı sahəsi üzrə - bölgənin milli adət-ənənələrini,milli geyimlərini, tarixini,mədəniyyət abidələrini özündə əks etdirən  milli suvenir köşklərinin yaradılması,

- Dekorativ tətbiqi sənət üzrə-müxtəlif ölçülü, keyfiyyətli və həcmli məmulatlar üzərində sənət əsərlərinin yaradılması yönümündə mədəni xidmətlərin layihələndirilməsi,

- Azsaylı xalqların mədəniyyətinin inkişafı üzrə - bölgənin mədəni müxtəlifliyini qorumaq və inkişaf etdirmək istiqamətində yaradılan mədəni resurslar və təsisatlar.

2. Müsabiqədə yaş məhdudiyyəti yoxdur.

3. Müsabiqəyə təqdim olunan layihələr tək şəxsiyyət vəsiqəsi ilə aşağıda qeyd olunan elektron ünvana göndərilməlidir:

region.tedbir@gmail.com

                                         

                                         Qaliblərin mükafatlandırılması:

Müsabiqədə I, II, III yerləri tutan iştirakçılar pul və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Son müraciət tarixi: 29 dekabr 2023-cü il.