Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Uğur əngəl tanımır” devizi altında sərbəst mövzuda rəsm və əl işləri müsabiqəsi keçirilib.

06.12.2023

6 dekabr 2023-cü il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində  Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun, Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında "Uğur əngəl tanımır" devizi altında sərbəst mövzuda rəsm və əl işləri müsabiqəsi keçirilib.

Beynəlxalq Əlillər Gününün qeyd edilməsi, fiziki məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiyası məqsədilə keçirilmiş tədbirin açılışında çıxış edən qonaqlar müsabiqənin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat verib, onlara uğurlar arzulayıb.

Şabran rayonunda yaşayan 20 nəfər xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli uşaq, yeniyetmə və gənclərin çəkdiyi rəsmlər və hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonda bütün iştirakçılar sertifikat və müxtəlif hədiyyələrlə təltif edilib.