Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində “Heydər Əliyev İli” çərçivəsində “Xilaskar ömrü” adlı sənədli film nümayiş olunub.

11.12.2023

11 dekabr 2023-cü il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində "Xilaskar ömrü" adlı tədbir keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən çıxışlar səslənib. Qeyd olunub ki, Heydər Əliyev fəaliyyəti boyu öz qlobal düşüncə tərzi, müdrik və uzaqgörən siyasəti, nadir liderlik bacarığı, yüksək iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Ümummilli Lider səviyyəsinə yüksəlmiş və adı dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, tarixi şəxsiyyət olmuşdur. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirmişdir. İstər sovet hakimiyyəti dönəmində fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma ölkəsinə ləyaqətlə xidmət etmiş, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirmiş, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmiş, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanmışdır.

Maarifləndirmə xarakterli tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş "Xilaskar ömrü" filminin nümayişi ilə davam edib.