Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalqımızın tarixi taleyində Heydər Əliyev fenomeni” adlı tədbir keçirilib.

25.12.2023

22.12.2023-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası tərəfindən oxuculara xidmət şöbəsinin abonement bölməsində Heydər Əliyev ili ilə əlaqədar silsilə tədbirlər çərçivəsində “Xalqımızın tarixi taleyində Heydər Əliyev fenomeni” adlı tədbir keçirilib. Tədbirdə mərkəzi kitabxananın və Quba Heydər Əliyev Mərkəzinin əməkdaşları, ADPU-nun Quba filialının tələbələri, kitabxananın fəal oxucuları və başqaları iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin suverenliyi, azadlığı və müstəqilliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MKS-nin direktoru tədbiri açaraq, tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıb, Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu deyərək bildirib ki, Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan bu gün dünyada güclü və nüfuzlu dövlətə çevrilib.

Quba Heydər Əliyev Mərkəzinin və Mərkəzi kitabxananın əməkdaşları çıxış edərək daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəlməsində misilsiz xidmətlərindən, milli mənəvi dəyərlərimizin qorunmasında və təbliğində gördüyü işlərdən danışıblar. Daha sonra ADPU-nun Quba filialının tələbələri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonda “Ümummilli lider Heydər Əliyev” adlı sərgiyə baxış keçirilib.