Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tanınmış şair Gülümbala Nəsirlinin yaradıcılıq gecəsi keçirilib.

26.12.2023

26 dekabr 2023-cü il tarixində Quba -Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Tarix Diyarşünaslıq muzeyində Xaçmazdan olan tanınmış şair Gülümbala Nəsirlinin 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

"Torpağa süzülən sətirlər" adlı tədbirdə Quba -Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşları, rayonunun şair və yazarları, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri, media nümayəndələri iştirak ediblər.

Tədbirdə Gülümbala Nəsirlinin həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olunub, şerlər səslənib.

Şairin yaradıcılığı ilə bağlı çıxışlarda qeyd olundu ki, Gülümbala Nəsirli "torpaq qoxulu şair " kimi tanınıb. Əməkdar aqranom, kənd təsərrüfatı üzrə bir çox elmi məqalələrin müəllifi olan Gülümbala Nəsirli eyni zamanda, hələ gənc yaşlarından ədəbi mühitdə də öz dəsti xətti ilə seçilib. Şairin lirik poetik dilə, sadə süjet xəttinə əsaslanan şer və poemaları, nəsr əsərləri hər zaman geniş oxucu kütləsi toplayıb.

Çıxışlarda Gülümbala Nəsirlinin şerlərinə mahnılar bəstələndiyi, şerlərinin bir çox dillərə tərcümə edildiyi qeyd olunub.

Sonda G.Nəsirliyə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyəsi təqdim edilib.